Boşanmaq istəyən arvadını öldürənin məhkəməsi başlayır
2021-ci il iyunun 18-də rayon sakini Arzu Abbasovanın öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Sabah.az xəbər verir ki, bu barədə Tərtər rayon prokurorluğundan bildirilib.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin əri Anar Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Tərtər rayon məhkəməsinin inzibati binasının qarşısında boşanmaq üçün növbəti məhkəmə iclasına gələn arvadı Arzu Əliyevaya bıçaqla xəsarətlər yetirib onu qəsdən öldürüb.
Anar Əliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Daha çox