Səyyad Əlizadənin vəziyyəti yaxşılaşdı

XƏBƏR
16:26
20 Sentyabr 2021
832

Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadənin vəziyyəti yaxşılığa doğru gedir.

Sabah.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müğənninin kürəkəni Razim Qarayev bildirib.

Onun sözlərinə görə, sənətçinin koronavirusa yoluxan həyat yoldaşı tamamilə sağalıb:

“Səyyad bəyin səhhəti yaxşılaşır. Qızdırması düşüb. Yoldaşı isə bu gün xəstəxanadan evə buraxılıb”.

Xəbər lenti