TƏBİB koronavirusla bağlı şayiə yayanlara daha bir müraciət etdi

GÜNDƏM
12:15
13 Mart 2020
100

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əhalini koronavirusla (COVİD-19) bağlı şayiələrin yayılmasına dəstək olmamağa çağırıb.

Sabah.az xəbər verir ki, qurum əhalini ən son və doğru məlumatları rəsmi mənbələrdən almağa səsləyib.

Bildirilib ki, hansısa ərazinin karantinə alınıb bütün giriş-çıxışların bağlanması, nəticəsi müsbət çıxan şəxslərin işləməsi, karantin rejiminin tətbiq olunmaması, həmçinin hər hansı bir xəstəxanada virusa yoluxmuş xəstələrin olması ilə bağlı yayılan məlumatlar şayiədir.

Xəbər lenti