Bakı metrosunda problem yarandı

ÖLKƏ
13:44
20 Sentyabr 2021
1418

Bakı Metropoliteninin işində problem yaranıb.

Sabah.az Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədova istinadən xəbər verir ki, xəttə verilmiş sınaq qatarında nasazlıq yarandığı üçün “Memar Əcəmi” stansiyasında köməkçi qatar verilib. Köməkçi qatardan sərnişinlər düşürülüb və sınaq qatarı xətdən çıxarılıb.

Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub.

Xəttə ehtiyat qatar buraxılıb.

Xəbər lenti