Makron: “Virusun pasportu yoxdur, mübarizə yeni başlayır”
Fransa prezidenti Emmanuel Makron dünən Covid-19 virusu ilə mübarizə planını ictimaiyyətə açıqlayıb.
Sabah.az xəbər verir ki, yeni bir qərar verilənə qədər məktəblərin bağlanacağını elan edən Makron, virusa qarşı mübarizənin hələ yeni başladığını bildirib.
O, xəstəxanalarda yaradılan şəraitin artırılacağını və tibb üzrə təhsil alan tələbələrlə yanaşı, xidməti bitən tibbi heyyətin də bu mübarizəyə cəlb olunacağını qeyd edib.
Fransalı alimlərin virusa qarşı dərman hazırlamaq üçün işlər gördüyünü bildirən Fransa prezidenti, bunun aylarla davam edə biləcəyini də vurğulayıb.
Digər tərəfdən, Amerika Birləşmiş Ştatları Prezidenti Trampın Avropadan ABŞ-a gələnləri qəbul etməməsinə münasibət bildirən Makron, "Mübarizəni birlikdə aparmalıyıq, ayrı seçkilik etməklə deyil. Virusun pasportu yoxdur, milləyətçi yanaşmaların qarşısını almaq lazımdır", - deyə bildirib.
Qeyd edək ki, Fransada koronavirusun iqtisadiyyata vurduğu ziyan nəzərə alınaraq vergilərin ödəmə vaxtları uzadılıb. Bununla belə, bazar ertəsi baş tutacaq bələdiyyə seçkilərinin vaxtında heç bir dəyişiklik edilməyib.
Daha çox