Qırıcı təyyarələrimiz Türkiyədəki festivalda uçuşlar keçirəcək

XƏBƏR
17:55
18 Sentyabr 2021
1034

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək.

Sabah.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 21-də Türkiyənin İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.

Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.

Xəbər lenti