“Naco”nun dəstəsi zavoddan 150 minlik fındıq oğurladı
Zaqatala polisinə yerləşən fındıq zavodundan 150 min manat dəyərində fındıq ləpəsinin oğurlanması barədə məlumat daxil olub.
Sabah.az xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən “Naco” ləqəbli Nəcməddin Baqayev və onun dəstəsi Hacımurad Bolayev, Rəsul Xəlilov, Elnur İsmayılov, Maxaç Tahirov saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər həmin zavodda mühafizəçi olaraq işləyən M.Tahirovun vasitəsilə videokameraların qarşısını bağlamaqla fevral ayında ayrı-ayrı vaxtlarda 6 dəfə həmin zavoda oğurluq məqsədilə qanunsuz olaraq daxil olub, oradan çəkisi 13 tondan artıq olan fındıq ləpəsi oğurlayıblar. Onlar ifadələrində cinayət əməli ilə əldə etdikləri fındıq ləpəsini Bakı şəhərində satdıqlarını bildiriblər.
Faktla bağlı saxlanılan şəxslər barəsində Zaqatala RPŞ-də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hal-hazırda dəstənin digər cinayət əməlləri törədib-törətməməsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Daha çox