Heroin qəbul edib taksi sürən şəxs saxlanıldı
14:00
18 Sentyabr 2021
1130Yasamal rayonunda narkotik vasitələrdən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb.
Sabah.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Kənan Məlikli tutulub.
Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs narkotik qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Daha çox