Mərkəzi Nəbatat Bağında yanğın olub
Bakı şəhərinin Səbail rayonunda Mərkəzi Nəbatat Bağının ərazisində təqribən 1 ha sahədə quru ot yanıb.
Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha çox