I sinfə qəbul üçün məktəb seçiminə start verilir

ÖLKƏ
11:03
13 Mart 2020
245

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu başlayır.

Sabah.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, elektron qeydiyyatdan keçmiş valideynlər bu gün saat 11:00-dan etibarən məktəb seçimini www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirə bilərlər.

Qeyd edək ki, birinci sinfə qəbul prosesi 14 sentyabr 2020-ci il tarixədək davam edəcək. Elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər müvafiq Alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.

Xəbər lenti