DİN-dən Gorus-Qafan yolunda saxlanılan iranlı sürücülərlə bağlı - Açıqlama

XƏBƏR
17:51
15 Sentyabr 2021
776

Daxili İşlər Nazirliyi Gorus-Qafan yolunda İran vətəndaşı olan iki sürücünün saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Sabah.az xəbər verir ki, DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, İrandan gələn iki yük maşınının sürücüləri qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:

"Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.  Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək".

Xəbər lenti