23 yaşlı qız burun əməliyyatında öldü
Qax rayonunda 23 yaşlı qadın əməliyyat zamanı ölüb.
Sabah.az xəbər verir ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Layıcova Rəyisə Kamil qızı burun çəpərinin deformasiyası ilə əlaqədar əməliyyat olunması üçün Qax rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən aparılan əməliyyat zamanı halı R.Layıcovanın pisləşərək ölüb. O, evli olub.
Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Daha çox