Yaqub Zurufçu dəfn olundu - Foto+Yenilənib

XƏBƏR
13:37
15 Sentyabr 2021
821

Əməkdar artist Yaqub Zurufçu dəfn olunub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə sənətkarın ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, Əməkdar artist dünən koronavirusdan vəfat edib.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Yaqub Zurufçunun dəfn mərasimi üçün əklil göndərib.

Əklil Y.Zurufçunun məzarı önünə qoyulub.