Çində koronavirusla bağlı son vəziyyət necədir?
Son sutka ərzində Çində yeni tip koronavirusa yoluxanların sayı 8 nəfər artıb, 1 318 insan isə sağalaraq evə buraxılıb.
Sabah.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata görə, son sutka ərzində Çində koronovirusa yoluxanlardan 7 nəfər dünyasını dəyişib.
Qeyd edək ki, Çində koronavirusa yoluxanların sayı 80 min 813 nəfər təşkil edir. Onlardan 3 min 176-sı dünyasını dəyişib, 64 min 111 nəfər isə virusdan sağalıb.
Daha çox