“Yuventus”da prezident də daxil olmaqla 121 nəfər karantinə alındı

İDMAN
01:57
13 Mart 2020
69

İtaliyanın "Yuventus" klubunun 121 əməkdaşı könüllü olaraq karantinə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Turin təmsilçisinin futbolçusu Daniele Ruqaninin koronavirusa yoluxmasından sonra bu addım atılıb.

Karantində olanlar sırasında klub prezidenti Andrea Anyelli başda olmaqla rəhbərlik, futbolçular, komanda personalının olduğu bildirilib. Onlar səhiyyə orqanlarının tələblərinə uyğun olaraq, evdə könüllü karantin keçəcəklər.

Xəbər lenti