Zakir Həsənov Türkiyəyə getdi

XƏBƏR
14:25
14 Sentyabr 2021
687

Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə yola düşüb.

Sabah.az xəbər verir ki, Türkiyə milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.

Səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.

Xəbər lenti