Yüksək vəzifəli şəxs işdən çıxarıldı

ÖLKƏ
10:15
14 Sentyabr 2021
1427

Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.

Sabah.az xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Fuad Muradov əmr imzalayıb.

Əmrə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub. Vəsilə Vahidqızı Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib. O, bu təyinata qədər Dövlət Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb.

Xəbər lenti