Çayxanaya gedən COVID-19 xəstəsi barədə cinayət işi başlandı
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.
Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Şəfəq kənd sakini Nahid Bayramovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.
Goranboy RPŞ əməkdaşları tərəfindən onun rayon ərazisindəki çayxanalardan birində olmasını aşkar edilib. O, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.
Fakla bağlı Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Daha çox