Səyyad Əlizadə koronavirusa yoluxub - Vəziyyəti ağırdır

ÖLKƏ
14:20
13 Sentyabr 2021
1799

Müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.

Sabah.az xəbər verir ki, bu barədə aparıcı, prodüser Tarix Əliyev öz instaqram hesabında məlumat verib.

O bildirib ki, müğənni artıq Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilib:

“Mənə bu haqda Səyyad Əlizadənin kürəkəni məlumat verdi. Koronavirusdan çox pis əziyyət çəkir. Artıq xəstəxanaya aparıblar”.