Yüksək vəzifəli şəxs koronavirusdan vəfat etdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri, 1955-ci il təvəllüdlü Alim Süleymanov bu gün xəstəxanada dünyasını dəyişib.
Sabah.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya komitənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva məlumat verib.
O bildirib ki, A.Süleymanov bir müddət idi ki, koronavirusa yoluxmuşdu:
“Buna görə də xəstəxanada müalicə alırdı. Bu gün isə orada vəfat edib”.
Y.Əliyeva, həmçinin qeyd edib ki, mərhum Aparat rəhbəri hər iki doza peyvənd qəbul etmişdi.
Daha çox