Bakıda avtomobil piyadanı vuraraq öldürdü - Foto

HADİSƏ
00:20
13 Mart 2020
104

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Hələlik kimliyi məlum olmayan ortayaşlı kişi piyada üçün müəyyən edilməmiş hissədən yolu keçərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerindəcə keçinib.

Qeyd edək ki, hadisənin baş verdiyi yolda (Heydər Əliyev prospektinin “Koroğlu” metro stansiyasından şəhər istiqamətinə gələn hissəsində) avtomobillərin hərəkət məhdudlaşdırılıb.

Xəbər lenti