Evini tərk edən koronavirus xəstəsi aşkarlandı

XƏBƏR
11:20
11 Sentyabr 2021
937

Saatlı rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayon sakini Allahverdi Rüstəmovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar Saatlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xəbər lenti