Ramiz Göyüşov YAP-dan çıxarıldı - Yenilənib

ÖLKƏ
15:38
10 Sentyabr 2021
1248

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçiriləcək.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iclasın gündəliyində bir sıra məsələlər müzakirə ediləcək.

İclasda videosu ilə gündəmə gələn partiyanın Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun YAP-dan xaric edilməsi məsələsinə baxılacaq.

***

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası öz işinə başlayıb. İclas onlayn şəkildə keçirilir.

İclasda Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələrinin təsdiq edilməsi məsələlərinə baxılır.

***

YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiyadan xaric edilib.

Bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib. O, qeyri-əxlaqi videosunun yayılmasına görə partiya sıralarından xaric edilib.

Xatırladaq ki, Ramiz Göyüşov qeyri-etik videosu ilə gündəmə gəlmişdi.

Xəbər lenti