İlham Əliyevdən Əziz Səncərlə bağlı sərəncam

ÖLKƏ
14:38
10 Sentyabr 2021
1141

Prezident İlham Əliyev Əziz Səncər haqqında sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Səncər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, Kimya üzrə Nobel mükafatının qalibi, Türkiyə əsilli dünyaca məşhur alim Əziz Səncərin sentyabrın 8-də 75 yaşı tamam olub.

Xəbər lenti