Metroda problem, sərnişinlər qatardan çıxarıldı

XƏBƏR
09:53
10 Sentyabr 2021
784

Bakı Metropolitenində "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq olub.

Sabah.az xəbər verir ki, bu barədə Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar nasazlıq ehtimalı ilə "Ulduz" stansiyasında, təlimat tələbinə uyğun olaraq, sərnişinləri düşürdülüb:

“Qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə arası yubanma olub”.

Xəbər lenti