Binədə qəsəbədaxili marşrut xəttinin fəaliyyəti bərpa olunur

XƏBƏR
09:04
10 Sentyabr 2021
604

Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.

Sabah.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Binə qəsəbəsinin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar sentyabrın 10-dan sərnişinlərin xidmətində olacaq.

Marşrut xətti üzrə gediş haqqı 0,30 AZN təşkil edəcək. Gediş haqqının ödənişi nağdsız formada “BakıKart” vasitəsilə həyata keçiriləcək.

Xəbər lenti