Rüşvət alarkən görüntülənən polis xidmətdən qovuldu - Video
AAAF Park yaşayış kompleksində binaların fundamentə bitişik torpaq sahəsini və beton layları sökərək obyekt kimi istifadə edən şəxslərdən rüşvət alaraq buna göz yuman polis əməkdaşı orqandan xaric edilib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gün öncə polisin rüşvət alaraq ərazidən uzaqlaşma anı qonşu binada yaşayan sakinlər tərəfindən videoya çəkilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirib ki, həmin görüntülər araşdırılıb və rüşvət alan polis serjantı Elnur Abbasov daxili işlər orqanlarından xaric edilib.
Daha çox