Əməkdar artist reanimasiyaya yerləşdirildi

ÖLKƏ
15:04
9 Sentyabr 2021
924

Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağırdır.

Sabah.az APA-ya istinadən xəbər verir ki, müğənni koronavirus infeksiyasına yoluxub.

O, hazırda xəstəxanada müalicə alır. Klinikadan bildirilib ki, müvafiq zəruri tədbirlər görülməsinə baxmayaraq, xəstənin vəziyyəti çox ağırdır.

Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu onun hazırda reanimasiya şöbəsində olduğunu söyləyib. O bildirib ki, müğənninin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Xəbər lenti