İki avtomobil toqquşdu - Xəsarət alanlar var

HADİSƏ
22:40
12 Mart 2020
29

Qaxda yol qəzası olub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində Qax rayon sakini, 1988-ci il təvəllüdlü Vaqif Çingiz oğlu Heydərov və 1995-ci il təvəllüdlü Şövkət Murad oğlu Şahvələdov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti