Yağıntılı, küləkli hava nə vaxtdan sabitləşəcək?

ÖLKƏ
13:15
8 Sentyabr 2021
625

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hazırkı hava şəraitini açıqlayıb.

Sabah.az xəbər verir ki, Xidmətin sentyabrın 8-i saat 12:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Lənkəran-Astara və Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv və güclü  olub. Yağan leysan yağışlar nəticəsində Əyriçay Başdaşağıl (Oğuz), Balakənçay və Talaçaydan (Zaqatala) sel keçib. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağışın miqdarı Lənkəranda 71.0 mm (aylıq normanın 42 faizi), Astarada 59.0 mm (aylıq normanın 30 faizi), Lerikdə 40.0 mm (aylıq normanın 58 faizi), Kişçayda (Şəki) 39.0 mm (aylıq normanın 37 faizi), Şinçayda (Şəki) 32.0 mm (aylıq normanın 47 faizi), Yardımlıda 29.0 mm (aylıq normanın 37 faizi), Əyriçay Başdaşağılda (Oğuz) 27.0 mm (aylıq normanın 37 faizi), Şəkidə 25.0 mm (aylıq normanın 37 faizi), Qubada 20.0 mm (aylıq normanın 32 %-i), Zaqatalada 18.0 mm, Qusarda 14.0 mm (aylıq normanın 29 faizi), Sarıbaşda (Qax) 13.0 mm, Şahdağda 11.0 mm, Nabranda 10.0 mm, Balakən, Qrızda 7.0 mm, Xınalıqda 6.0 mm, Şabranda 5.0 mm, Xaltan, Şabran, Altıağacda 3.0 mm, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Şirvan, Göytəpə, Kəlvəz, Yevlaxda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 2.0 mm, Binə, Bakıda 1.0 mm-dək olub.

Şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Tərtər, Salyanda 25 m/s, Ağdamda 22 m/s, Neftçala, Hacıqabul, Şirvanda 20 m/s, Gəncədə 18 m/s, Şəmkir, Şabran, Xaçmazda 16 m/s,  Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Sumqayıtda 25 m/s, Ələtdə 24 m/s, Qum adasında 23 m/s, Binədə 21 m/s, Pirallahıda 20 m/s, Maştağa, Çılov adası,  Neft Daşlarında 19 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı, küləkli hava şəraiti sentyabrın 9-dan sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Xəbər lenti