Fərid Qayıbov millimizin Portuqaliyaya uduzmasından danışdı

ÖLKƏ
11:37
8 Sentyabr 2021
631

“Mən futbolu uşaqlıqdan sevirəm. Çalışıram ki, mühüm oyunlara stadiondan baxım. Dünən də milli komandamızın oyununu stadiondan izlədim”.

Sabah.az unikal.org-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla gənclər və idman naziri təyin olunmuş Fərid Qayıbov deyib:

“Dünənki oyunda çox təəssüf ki, komandamız məğlub oldu. Mən də digər vətəndaşlarımız kimi komandamızın uduzmasına təəssüflənirəm. İstərdik ki, futbolçularımız daha yaxşı oynasınlar”.

O həmçinin bildirib ki, Azərbaycan futbolu ilə bağlı bir sıra işlər görüləcək:

“Hesab edirəm ki, bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı Futbol Federasiyası ilə görüşlərimiz olacaq. Onlarla bu sahə ilə bağlı işlər aparmalıyıq”.

Xəbər lenti