Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı

ÖLKƏ
17:00
7 Sentyabr 2021
561

Azərbaycanda ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Sabah.az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytı məlumat yayıb.

Məlumata görə, ən yüksək yoluxma faizi yenə də Bakı şəhərində qeydə alınıb - 54,6 faiz.

Bu, Abşeronda 13,3 faiz, Aranda 11,8 faiz, Gəncə-Qazaxda 6,9 faiz, Şəki-Zaqatalada 3,7 faiz, Quba-Xaçmazda 3,0 faiz, Lənkəranda 2,6 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 1,3, Naxçıvanda 0,06 faiz təşkil edir.

Ölkəxarici yoluxma isə 0,4 faizdir.

Paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. Rayonda yoluxma 14,6 faiz təşkil edir. Xətaidə 13,5 faiz, Yasamalda 11,8 faiz, Sabunçuda 11,7 faiz, Suraxanıda 8,3 faiz, Nərimanovda 7,9 faiz, Nəsimidə 7,7 faiz, Xəzərdə 7,5 faiz, Nizamidə 7,1 faiz, Səbaildə 4,9 faiz, Qaradağda 4,4 faiz, Pirallahıda 0,5 faiz təşkil edib.

Xəbər lenti