Fərəh Əliyeva “Şöhrət” ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Fərəh Əliyeva ilə bağlı sərəncam imzalayıb.
Sabah.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fərəh Şirməmməd qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah F.Əliyevanın 60 yaşı olacaq.
Daha çox