Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

ÖLKƏ
10:14
6 Sentyabr 2021
1570

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb.

Sabah.az News24.az-a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib.

Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizovdur.

Xəbər lenti