Vəzifəli şəxs atası ilə eyni gündə koronavirusdan öldü - Foto
Aərbaycanda daha bir məmur koronavirusdan vəfat edib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin hərbi komissarının müavini Vüsal Mirzəyev dünyasını dəyişib. Koronavirusa yoluxan V.Mirzəyev ötən gün vəfat edib.
Məlumatı Zərdab rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
Bildirilir ki, V.Mirzəyevin atası Cərulla Cərullayev da eyni gündə koronavirusdan dünyasını dəyişib. C.Cərullayev təqaüdçü olub. Hər iki şəxs dünən doğulduqları Zərdab rayonunda torpağa tapşırılıb.
Daha çox