Prezident qızıl medal qazanan idmançıları təbrik etdi

ÖLKƏ
11:45
4 Sentyabr 2021
1671

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançıları təbrik edib.

Sabah.az xəbər verir ki, dövlət başçısı bununla bağlı rəsmi tvitter hesabında paylaşım edib.
 
“Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”, - deyə Prezident qeyd edib.

Xəbər lenti