Güləşçimiz qızıl medal qazandı

İDMAN
17:56
3 Sentyabr 2021
1186

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

Sabah.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Qurban Konaliyevlə (Rusiya) üz-üzə gəlib.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Quluzadə qızıl medal qazanıb.

Bu, Azərbaycan komandasının I MDB Oyunlarında ilk medalı olub.

Xəbər lenti