İlham Əliyev Sumqayıta getdi - Fotolar+Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.
Sabah.az xəbər verir ki, dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub. Prezident açılışda iştirak edib.
Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub. İlham Əliyev açılışda iştirak edib.
***
Daha sonra Prezident Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.
***
Eyni zamanda, dövlət başçısı Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.
***
Prezident Sumqayıt Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışına da qatılıb.
Daha çox