Azərbaycanda həbs olunan bu şəxslər ABŞ-a təhvil veriləcək
Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşları - 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navazın ABŞ-a təhvil verilməsi ilə bağlı Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları da iştirak ediblər.
Prosesdə onların hər ikisinin ABŞ-a təhvil verilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, Pakistan vətəndaşları haqqında Amerikanın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.
ABŞ tərəfindən beynəlxalq axtarışa verilən bu şəxslər ötən il Azərbaycanda saxlanılıblar.
Daha çox