Havada toz dumanı müşahidə olunur

ÖLKƏ
14:03
1 Sentyabr 2021
685

Bu gün günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumatına görə, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır.

Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur.

Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.

Xəbər lenti