Ronaldonun koronavirus tədbiri - Özünü karantinə aldı

İDMAN
19:21
12 Mart 2020
65

İtaliyanın "Yuventus” klubunun ulduz futbolçusu Kriştianu Ronaldo özünü Portuqaliyada karantinə alıb.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu ölkəsində qalacağını bildirib. Bunun əsas səbəbi onun komanda yoldaşı Daniele Ruqanidə koronavirus aşkarlanmasıdır. 35 yaşlı forvard doğulduğu şəhər Madeyrada tibbi testlərdən keçəcək.

Qeyd edək ki, bacısının doğum günü ilə əlaqədar Portuqaliyaya gedən Ronaldo İtaliyaya qayıtmayıb.

Xəbər lenti