Bu gündən onlardan da birinci doza vaksin vurdurmaq tələb olunacaq

ÖLKƏ
09:42
1 Sentyabr 2021
801

Bu gündən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

Sabah.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edilməsi haqqında” qərarında əksini tapıb.

Xəbər lenti