Tələbələrin COVID pasportu olması ilə bağlı qərar qüvvəyə mindi

ÖLKƏ
09:37
1 Sentyabr 2021
1355

Bu gündən etibarən mülkiyyət formasından asılı olmayaraq, bütün elm və təhsil müəssisələrinin işçilərinin ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

Sabah.az xəbər verir ki, bu barədə Operativ Qərargah iyulun 26-də qərar qəbul edib.

Qərara əsasən, sentyabrın 1-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunur.

Xəbər lenti