Toylara görə işdən çıxarılan rəisin yerinə təyinat

ÖLKƏ
17:03
31 Avqust 2021
820

Bir müddət öncə toylarda karantin rejiminin pozulmasına görə vəzifəsindən çıxarılan Cəlilabad RPŞ-nin polis rəisi Mübariz Quliyevin yerinə təyinat olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Samux RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev vəzifəsindən azad edilib.

P.Qarayev Cəlilabad RPŞ-nin rəisi təyin edilib.

Xəbər lenti