Çingiz Abdullayev koronavirusa yoluxmaq məsələsinə aydınlıq gətirdi

ÖLKƏ
16:46
31 Avqust 2021
1127

“Səkkiz gün əvvəl COVID-ə yoluxdum. Ən xoşagəlməz olan “Delta” ştamına. Başım ağrıyırdı, üşütmə hiss etdim”.

Sabah.az xəbər verir ki, bu barədə koronavirusa yoluxan Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev öz rəsmi feysbuk hesabındakı paylaşımında bildirib.

“İndi isə ən vacibinə keçək. Dörd ay əvvəl iki doza vaksin qəbul etmişəm, Avropadan sifariş olunan dərmanları, vitaminləri içdim. Nəticədə, xəstəliyi elə də hiss etmədim. Lakin əlbəttə ki, karantində qaldım. Saturasiya 97-98 səviyyəsində idi. Bütün bu müddət ərzində qızdırma, öskürək yox idi və demək olar ki, bütün qoxuları hiss edirdim”, - deyə Çingiz Abdullayev qeyd edib.

Xalq yazıçısı, həmçinin hər kəsi koronavirusa qarşı peyvənd olunmağa çağırıb:

“Axmaq olmayın, vaksinasiyadan imtina etməyin. Bütün ömrüm boyu bir dənə belə olsun siqaret çəkməmişəm. Demək olar ki, spirtli içki qəbul etmirəm. Gənc olarkən idmanla çox məşğul olmuşam. Adətən futbola 3-4 saat vaxt ayırıram. Bu, artıq sağlamlıq məsələsidir. Xəstələnmək olar, amma ölmək lazım deyil”.

Xəbər lenti