Prezident Etibar Mirzəyevi təltif etdi

ÖLKƏ
16:27
31 Avqust 2021
1021

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, mükafata layiq görülənlər arasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də var.

E.Mirzəyev “İgidliyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Türkiyədə meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşları təltif ediliblər.

Xəbər lenti