Küçəyə atılan körpə ilə bağlı rəsmi məlumat - Fotolar

ÖLKƏ
14:22
31 Avqust 2021
1233

Gəncə şəhərində bu gün səhər saatlarında küçəyə atılmış körpənin vəziyyəti normaldır.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev bu barədə məlumat verib.

O bildirib ki, uşaq xəstəxanada müayinə olunub və vəziyyəti yaxşıdır, hər hansı problemi yoxdur. Baş həkim həmçinin bildirib ki, müayinə əsasında çəkisinə görə körpənin 5 aylıq olduğu ehtimal olunur.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov isə bildirib ki, körpənin valideynlərinin tapılması istiqamətində Gəncə ŞBPİ-də müvafiq araşdırmalar başlanıb.

Xəbər lenti