Azərbaycan 10-cu qızıl medalını qazandı

İDMAN
12:40
31 Avqust 2021
1306

Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.

Sabah.az xəbər verir ki, üzgüçü Roman Saley oyunlarda ikinci qızıl medalını əldə edib.

O, 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 1-ci yerə çıxıb.

Xatırladaq ki, R.Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal əldə edib. Bu, Azərbaycan millisinin Tokio-2020-də 14-cü medalıdır.

Xəbər lenti