Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sayı açıqlandı

ÖLKƏ
11:01
30 Avqust 2021
1636

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.08.2021-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, birinci Qarabağ müharibəsində 3 890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Sabah.az xəbər verir ki, Dövlət Komissiyasından verilən məlumata görə, onlardan 3 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir:

“İtkin düşənlərdən 3 623 nəfəri kişi, 267 nəfəri qadındır. Onlardan 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 326 nəfəri isə qocadır”.