Mehriban Əliyeva qalib gələn paralimpiyaçıları təbrik etdi

ÖLKƏ
15:40
28 Avqust 2021
1797

Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən və qalib gələn idmançıları təbrik edib.

Sabah.az xəbər verir ki, Mehriban Əliyevanın instaqram paylaşımında deyilir:

"Bizim idmançılarımızı – qızıl medal sahibləri Şəhanə Hacıyeva, Vüqar Şirinli, Saleh Raman, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimlini, bürünc medal sahibləri Pərvin Məmmədov və Namiq Abaslını parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mükəmməl fiziki hazırlıq və yenilməz qələbə əzmi nümayiş etdirərək, siz Azərbaycanı “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında layiqincə təmsil etdiniz. Əldə etdiyiniz yüksək nəticələr sizin bacarığınızın, əla səviyyədə hazırlığınızın, məqsədyönlülüyünüzün və iradənizin əyani sübutudur. Sizin hər birinizə və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər diləyir və ən xoş arzularımı çatdırıram".

Xəbər lenti